Abu Dabi Qran Priyə hazırlaşır

Bu yaxınlarda mövsümün sonuncu yarışı kçeiriləcək Yas Marina avtodromu FİA-nın təftişini keçib və yarışlara buraxılıb. Bundan başqa bu günlərdə Abu […]

Bu yaxınlarda mövsümün sonuncu yarışı kçeiriləcək Yas Marina avtodromu FİA-nın təftişini keçib və yarışlara buraxılıb. Bundan başqa bu günlərdə Abu Dabidə Formula1-in keçmiş sürücüləri Dəvid Kulthard və Martin Brandlın iştirakı ilə tədbir keçirilib – sürücülər ikiyerli maşınlarda jurnalistləri trasda gəzdiriblər. Yas Marina Circuit trasının icraçı direktoru Riçard Kreqan Dubayın Zayed universitetinin tələbələri qarşısında çıxış edib və Birləşmiş Ərəb Əmirliklərində avtoidmanın inkişafının vacibliyindən danışıb…

Riçard Kreqan: “Yaxın vaxtlarda BƏƏ-də beynəlxalq yarışlar keçiriləcək. Bu həftə bütün dünyanın jurnalistləri Abu Dabi trasında olublar. Onlar Formula1 maşınlarını xatırladan ikiyerlik maşınlarda trası gəziblər. Əminəm ki, onlar bu təəssüratları uzun müddət unutmayacaqlar.

Yeni avtodrom Abu Dabinin inkişafında vacib rol oynayacaq. Əminəm ki, qarşıdakı hadisələr ölkənin imişinə müsbət təsir edəcək. Bizim əsas vəzifəmiz yarışa gələn tamaşaçıların maksimum ləzzət almasını təmin etməkdir.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*