H.Marko: “Ferstappen Rikkardonu məğlub etmək məcburiyyətində deyil”

Red Bull şirkətinin idman məsləhətçisi Helmut Marko bildirib ki, Ferstappen Rikkardonu məğlub etmək məcburiyyətində deyil.

F-1.az xatırladır ki, Ferstappen İspaniyadan etibarən Rikkardonun, Kvyat isə Karlos Saynsın komanda yoldaşı olacaq.

Marko bildirib ki, Ferstappen özünü göstərməlidir: “O, Rikkardonu məğlub etmək məcburiyyətində deyil. Amma onunla eyni səviyyədə olmalıdır. Bizim üçün bu vacibdir”.

Helmut Marko jurnalistlərin “Ferstappen təzyiq altında necə çıxış edəcək?” sualına belə cavab verib: “Biz onu 17 yaşında Formula1-ə gətirəndə, hamı bunun səhv addım olduğunu düşünürdü. Sonra Maks FİA-dan 3-4 dənə mükafat aldı və hamı onu təriflədi.

O, zehni cəhətdən güclüdür və biz bunu bilməsəydik, onu gətirməzdik. O, çempion olmaq istəyirsə, təzyiqlərə qarşı dözümlü olmalıdır. İndi özünü göstərmək üçün şansı var”.

Lauda da Red Bull-un qərarını dəstəkləyib: “İndi biz komanda ilə Rikkardonun necə çıxış edəcəyinə baxacayıq.

Əgər Ferstappen deyildiyi kimi güclü olsa, 2017-ci ildə Red Bull-un Niko və Lyuisə oxşar sürücü heyəti olacaq və bu bizi narahat edir”.

, , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*