Marko: Ümid edirəm, Maks liderlik uğrunda mübarizə apara biləcək

"Kleine Zeitung"a verdiyi müsahibədə Red Bull-un sabiq müşaviri Helmut Marko Avstriya mərhələsində güc balansı barədə danışıb…

Helmut Marko: “Aydındır ki, Mercedes favoritdir, amma onların zəif tərəfləri də var. Onlar artıq iki dəfə güc qurğusu ilə bağlı problemlərlə üzləşiblər ki, bu, komanda üçün olduqca qeyri-adi haldır.

Qaydaların ilk tətbiq ilində yeniliklər, adətən, olduqca effektiv olur. Hər şeyi düzgün etdikdə asanlıqla yarım saniyə qazanmaq olar.

Anladığım qədər, bu həftəsonu Red Bull ilk dəfə starta çəki limitinə uyğun gələn, mövsümün əvvəlində olduğu kimi, onu xeyli üstələməyən maşın çıxaracaq. Ümid edirəm ki, onlar namizədlər sırasında olacaqlar və Maks liderlik uğrunda mübarizə apara biləcək.

Mercedes komandası bu mərhələnin favoriti olsa da, maraqlıdır, görəsən, digər iştirakçılar onların fonunda necə görünəcəklər?”

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*