Maks Ferstappen: “Son bir neçə ildə komandadan bir çoxu ayrılıb, amma eyni zamanda bizə yeni insanlar gəlir. Sadəcə hər kəs mənfi cəhətlərə fokuslanmağı sevir. Kimsə ayrılanda, dərhal bunu çox dramatik bir hadisə kimi təqdim edirlər.
Amma dürüst desəm… Əlbəttə, bəzən düşünürsən: ‘Bəzi insanların ayrılmasına təəssüf edirəm’, amma həyat belədir. Bu, digər idman növlərində də baş verir – insanlar digər komandaya keçirlər, iş yerlərini dəyişirlər. Bu, idman mədəniyyətinin bir hissəsidir.
Məncə, bəzən komandamız ətrafındakı vəziyyəti çox dramatikləşdirirlər, sanki belə şey yalnız bizdə baş verir. Amma insanlar daima gəlir və gedirlər, çünki idman belə qurulub.”





