Rikardonun maşınında turbini dəyişirlər

Bir az əvvəl başlayan məşqlər Rkkardo üçün məyusluq gətirib - onun maşınında turbinlə bağlı problemlər üzə çıxıb.

F-1.az bildirir ki, turbin keçən yarışı yarımçıq saxlayan avstraliyalı sürücünün maşınına yanğınsöndürən marşalın müdaxiləsi səbəbindən sıradan çıxıb. Hazırda komanda turbini dəyişməklə məşğuldur.

Rikkardo güc qurğusunun yeni elementinə keçdiyi üçün start düzümündə 5 yer itirmək cəzası alacaq.