Əbu Dabi-2020: Həftəsonuna hava proqnozu

Formula1 yarışı burada əvvəllər heç dekabrın ortalarında keçirilməyib, buna görə də, hava həmişəkindən daha sərin olacaq.

F-1.az trasın rəsmi saytına istinadən bildirir ki, həftəsonunu əhatə edəcək hər 3 gündə temperatur +25 dərəcədən yuxarı qalxmayacaq. İkinci sərbəst yürüşlər, sıralanma turu yerli vaxtla 17:00-da, yarış isə 17:10-da başlayacaq. Günəş isə 17:34-də batacaq. Bu sessiyaların sonunda temperatur +20 dərəcəyə qədər enəcək.

Xatırladaq ki, keçən il burada bütün sessiyalar quru havada baş tutub.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*