25 İyun 2019, Çərşənbə axşamı - 07:47

ABŞ Qran Prisinin təşkilatçıları yarış vaxtının dəyişdirilməsini xahiş ediblər

ABŞ Qran Prisinin təşkilatçıları yarış vaxtının dəyişdirilməsini xahiş ediblər

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

07:49 - 09 Dekabr, 2012

Dünən FİA-nın Avtoİdman üzrə Ümumdünya Şurası Formula1-in 2013-cü il mövsümü üçün təqvimini təsdiq edib, amma istisna deyil ki, mövsümün əvvəlinə […]

Dünən FİA-nın Avtoİdman üzrə Ümumdünya Şurası Formula1-in 2013-cü il mövsümü üçün təqvimini təsdiq edib, amma istisna deyil ki, mövsümün əvvəlinə qədər təqvimdə bəzi dəyişikliklər ediləcək. Məsələn, ABŞ Qran Prisinin təşkilatçıları yarış uik-endinin Ostində 15-17 noyabra salınmasından narazıdırlar: şənbə günü yerli Texas Longhorns futbol komandası Oklahoma State Cowboys komandasını qəbul edəcək. İki genişmiqyaslı idman tədbirinin eyni vaxta təsadüf etməsi qonaq və azarkeşlərinin yerləşdirilməsini çətinləşdirə bilər, həm də nəqliyyat və iaşə obyektlərinin artıq yüklənməsinə səbəb ola bilər.

Yerli Austin American Statesman qəzeti avtodromun əsas sərmayədarlarından biri Bobbi Əpstayndan müsahibə götürüb: “Circuit of the Americas avtodromunun rəhbərliyi gələn il Formula1 yarışının vaxtının dəyişdirilməsini təkidlə tələb edib. Biz başa düşürük ki, beynəlxalq dünya çempionatının təqvimini tərtib etmək olduqca çətin məsələdir və bir çox faktorları nəzər almaq lazımdır, həm də biz bu prosesə təsir edə bilmirik. Biz əminik ki, Formula1-in rəhbərliyi bizim narahtçılığımıza ciddi yanaşacaqlar və bizimlə birlikdə problemin həllini tapmağa çalışacaqlar. Amma son nəticədə yarışın vaxtı dəyişməyə də bilər.”

FİA Senatında ABŞ-ın nümyəndəsi və Amerikanın ACCUS avtoklubunun başçısı Nik Krou bildirib ki, rəsmi şəxslər yarışın tarixini dəyişmək imkanı axtarırlar, amma təfərrüatları bildirməyib.

Britaniyalı ekspert Co Savarın fikrincə, ABŞ Qran Prisinin tarixini yalnız Braziliya mərhələsi ilə dəyişmək olar, bu halda mövsüm Ostində başa çatacaq, amma bu qərar İnterlaqosda çox pis qarşılanacaq və yayımın reytinqinə mənfi təsir edəcək…


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 236
Teqlər
Paylaş

logo