A.Prost: Ferstappen dəyişəcək

Formula1 üzrə dördqat Dünya Çempionu Alen Prost düşünür ki, Ferstappen çempion olandan sonra sürüş stilini dəyişəcək.

F-1.az xatırladır ki, niderlandlı sürücü həmişə aqressiv və çirkli sürüş tərzi ilə seçilib. Bu il isə mükəmməl performansla karyerasının ilk titulunu əldə edib.

Alen Prost: “Maks mükəmməl mövsüm keçirdi. O, idmana yeni başlayanda həmişə deyirdik ki, çox istedadlı və sürətlidir, amma həddər artıq aqressiv sürür. Lakin gənc yaşlarda belə sürmək normaldır.

İndi isə getdikcə yaxşılaşır. Bu il çox səhv eləmədi. Bəlkə, Ciddədə sıralanma turunda etdi, amma orada aqressiv sürürdü. Belə şeylər ola bilər. Əgər bir titul qazanmısınızsa, fərqli formada düşünüb, fərqli formada sürərsiniz. Elə olanda üzərinizdəki təzyiq azalır. Maks indi daha ehtiyatlı olacaq. Yəni ki, daha yaxşı yarış pilotu kimi formalaşacaq”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*