A.Esparqaro: Az qala qəza edirdim

Aprilia komandasının sürücüsü Aleş Esparqaro bildirib ki, Britaniya yarışının son dövrəsində az qala qəza edirmiş.

F-1.az xatırladır ki, ispaniyalı sürücü Silverstoun yarışının son dövrəsində Françesko Banyayanı geridə qoyaraq, builki ilk qələbəsini əldə edib. Lakin o, bu ötmədən əvvəl Farm döngəsində az qala qəza edəcəkmiş.

Aleş Esparqaro: “İkinci və üçüncü döngələrdə çox sürətli idim. Buna görə planım bu döngələrdə Pekkonu geridə qoymaq idi. Ancaq ikinci döngədə Pekkonu xarici trayektoriyadan keçmək istərkən az qala qəza edəcəkdim. Sonra vəziyyətə düzəltməyə çalışdım. Keçənilki trasın son döngəsində Pekko mənə nisbətən gec sürətlənirdi. Buna görə də orada ona yaxınlaşdım. Kopsda sürətlənmədə pis idi və Maqqotsda daha gec sürətlənəciyini bilirdim. Buna görə çox qərarlı idim və gec əyləndim.

Mövsümün əvvəlində özümdən və komandamdan gözləntilərim çox idi. Buna görə də çox səhv etdim. Argentina və Amerikada qəzalar etdim və çox xal itirdim.

Tempim yaxşı idi. Sessiyalarda quru havada Pekkoya yaxın idim və lider olmuşdum. Amma bunun mənası yoxdur. Əsas bazar günü sürətli olmalısınız. Bəzən sürətli olsam da, yaxşı nəticə qazana bilmədim.

Sözün açığı, layiq olduğumuz xalları toplaya bilməmişik. Cümə günü burada sürətli olsaq da, yağışlı sprintdə çətinlik çəkdik. Yenə də performansımda razı idim. Bazar günü qərarlı idim. Tempim yaxşı idi və yaxşı fürsətim var idi.

Startda yaxşı tərpəndim və yaxşı sürətləndim. Bu mənim üçün vacib məqam idi. Aprilia Abəvstriya testinə yeniliklər gətirəcək. Motosiklet rəqabətədavamlı olsa da, yetərincə sürətli deyil. Ümid edirəm ki, gələcəkdə ən güclü motosiklet bizdə olar”.

Qeyd edək ki, Aleş Esparqaro yay tətilindən əvvəl keçirilən Assen yarışında üçüncü olaraq, podiuma yüksəlmişdi. Məhz o podiumdan sonra Britaniyada qələbənin gəlməsi həm ispaniyalı sürücü üçün, həm də Aprilia üçün yaxşı xəbərdir.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*