M.Vinyales: Motosiklet yaxşı işləmir

Aprilia komandasının sürücüsü Maverik Vinyales bildirib ki, motosikleti sürməkdə çətinlik çəkir.

F-1.az xatırladır ki, ispaniyalı sürücü Almaniya yarışını texniki problemə görə bitirə bilməyib.

Maverik Vinyales: “Bəxtimizin gətirmədiyini deyə bilmərəm. Mühəndislər yaxşı işləməlidirlər. Həftəsonu ərzində iki motosikletdən birini sürməkdə çətinlik çəkdim. Mənə bu motosikleti tpvsiyə etdilər.

Birinci sərbəst yürüşlərdə beşinci olduq. İkinci sərbəst yürüşlərdə qəza etsəm də, sıralanma turunda ikinci sessiyaya qala bildim. Bir motosikletlə sürətli olduğum halda, digəri ilə yavaş olmağım normal deyil. Bunun səbəbini anlamalıyıq.

Yarışa problemli motosikletlə çıxdıq və problem yaşayana qədər motosikletin xarab olduğunu bilmədik. Bu mənim üçün məyusedicidir, çünki Mucello və Almaniya sevdiyim traslardır”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*