M.Vinyales: Banyaya ilə problemim yoxdur

Aprilia komandasının sürücüsü Maverik Vinyales bildirib ki, Françesko Banyaya ilə problemi yoxdur.

F-1.az xatırladır ki, iki sürücü Fransa yarışının beşinci dövrəsində təmas yaşayıblar və mübarizəni dayandırıblar. Üçüncü yer uğrunda mübarizədə Vinyales rəqibini geridə qoyub. Lakin Banyaya əks hücima keçərkən ispaniyalı sürücü motosikletinin arxasını itirib və hər iki sürücü də bir-birlərilə təmas yaşayaraq, yarışı vaxtından əvvəl bitiriblər. Stüardlar hadisəni araşdırdıqdan sonra hər iki sürücüyə də cəza verməyiblər. Qəzadan sonra Vinyales rəqibinin üstünə gedib və dava salıb.

Maverik Vinyales: “Heyif ki, ən pis yerdə təmas yaşadıq. Çox heyif oldu, çünki onu təmiz formada keçmişdim, amma məncə yön dəyişimində bir az boşluq qoya bilərdi. İkimiz də xalsız qaldıq. İkimizin də burada yaxşı potensialımız var idi.

Onun harada olduğunu görmürdüm. Məncə, yön dəyişimində məni görə bilirdi. Yenə də qarışıq vəziyyətdir. Fərqli baxış bucaqları var, amma son qərarı stüardlar verdilər. Mənim üçün də yarış qəzasıdır”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*