Zarkodan Silverstounun rekordu ilə poul

Motosikletçilərin MotoGP dünya çempionatında yay tətili başa çatıb və iki təkər ustaları Silverstounda mövsümün 12-ci mərhələsinə toplaşıblar.

Bu gün baş tutan sıralanma turunda Pramac Ducati komandasının sürücüsü Joan Zarko mövsümdə 2-ci poulunu qazanıb. Onun göstərdiyi nəticə indiyə qədər Britaniya trasında ikitəkərli texnika üçün rekord olub – 1:57.676.

Birinci cərgəni onunla Maverik Vinyales və Cək Miller bölüşüblər. Xatırladaq ki, Zarko kifayət qədər uzun karyerası ərzində MotoGP yüksək sinfində 8-ci pouluna sevinsə də, hələ heç bir qələbə qazanmayıb.

Mövsümün lideri Fabio Kuartararo yalnız 4-cü nəticə göstərə bilib. Yamaha-nın fransalı sürücüsü çempionatda əsas iki rəqibi – Ducati-dən Françesko Banyaya və Aprilia-dan Aleş Esparqaronu qabaqlayıb.

Sabah startdan və yarış məsafəsində təkərləri qorumaqdan çox şey asılı olacaq..

, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*