Mercedes AMG yeni maşını təqdim edəcəyi tarixi açıqlayıb

Təqdimat qış testlərinin başlamasından bir neçə gün əvvəl - fevralın 23-də baş tutacaq.

F-1.az xəbər verir ki, son üç ilin çempionu yeni maşınını Silverstounda təqdim edəcək. Təqdimat reqlamentdə icazə verilən xüsusi çəkiliş gününə təsadüf edəcək. Mercedes AMG azarkeşlər arasında xüsusi aksiya keçirəcək və qalibləri maşının təqdimatına dəvət edəcək.

Xatırladaq ki, dekabr ayında Ferrari yeni bolidini fevralın 24-də təqdim edəcəyini açıqlamışdı. Qış testləri isə fevralın 27-də Barselonada start götürəcək…

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*