M.Vinyales: Komandamla qürur duyuram

Aprilia komandasının sürücüsü Maverik Vinyales bildirib ki, komandası Aprilia ilə qürur duyur.

F-1.az xatırladır ki, ispaniyalı sürücü Portuqaliya yarışında güclü performans göstərib və yarışı Banyayanın 0.6 saniyə gerisində ikinci yerdə bitirib.

Maverik Vinyales: “Yarışın bəzi hissələrində Banyayanı keçəcəyimi düşündüm. Amma Pekkonun arxasında rahat idim. Yaxşı sürürdüm və rəqiblərimizlə fərqi açırdıq.

Startda motosikleti anlamağa çalışırdım və hər şey əla idi. !0 ya da 11 dövrə Banayaya daha rahat sürdü. Onu izləməyə çalışdım və əylənmədə səhvlər etdim. Sonra isə əyləcəlri və təkərləri soyudub sona qədər getmək istədim, amma Banyaya ağıllı davrandı və sona qədər təkərlərini qorudu.

Aprilia və komandadakı hər kəslə qürur duyuram. Ən vacibi öndə mübarizə aparmaq idi və bunu bacardıq. Sevinməliyik”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*