Aprilia 2023-cü il motosikletini təqdim edib

Aprilia komandası 2023-cü ildə yarışacağı rəng çalarını təqdim edib.

F-1.az xatırladır ki, italyanlar keçən mövsüm MotoGP-də ilk qələbələrini qazanmışdılar. Aleş Esparqaro keçən il titul uğrunda mübarizə aparmış və sonda çempion Banyayadan 53 xal geri qalaraq, 4-cü yeri tutmuşdu. İspaniyalı sürücü mövsüm ərzində 6 podium, komanda yoldaşı Vinyales isə 3 podium qazanmışdı.

İki sürücü bu il də Aprilia üçün yarışacaq və Sepanqdakı qış testlərində güclü görünürdülər.

İtaliya təmsilçisi Portimaoda keçiriləcək qış testlərindən əvvəl yeni rəng çalarını təqdim edib. Motosikletin əksəriyyəti qaradır və Aprilianın rəngləri də var. Bu il RNF komandası da Aprilia motosikletlərindən istifadə edəcək. Bu da o deməkdir ki, peletonda 4 Aprilia olacaq. RNF komandası Aprilia ilk müştərisidir. Onlar rəng çalarlarını martın 16-ı təqdim edəcəklər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*