A.Esparqaro: Ducati-lərə nifrət edirəm

Aprilia komandasının sürücüsü Aleş Esparqaro bildirib ki, Ducati-nin performansıan görə çox əsəbidir.

F-1.az xatırladır ki, ispaniyalı sürücü Mucelloda topuq zədəsi ilə yarışsa da, sıralanma turunda 8-ci, əsas yarışda isə 6-cı olub. Lakin Ducati komandasının sürücüsü Françesko Banyaya həm poul, həm sprint yarışını, həm də əsas yarışı udaraq, həftəsonuna damğa vurub. Podiumun digər iki pilləsində də Ducati sürən sürücülər olub.

Aleş Esparqaro: “Ducati sürücülərinin motosikleti rahatlıqla sürmələrindən nifrət edirəm. Pekkonun poul dövrəsinə baxın. Motosiklet heç hərəkət eləmədi. Desmosedici elə balanslıdır ki, Formula1 bolidini xatırladır. Asfaltayatma qüvvələri çoxdur. Təbii olaraq onlara qarşı mübarizə apara bilmirik.

Hər yerim ağrıyırdı və səmimi deyirəm ki, birinci sərbəst yürüşlərdən sonra belə sürməyi gözləmirdim. Daha çox test etmək üçün xəstəxanaya gedəcəm, çünki həkimlər niyə bu qədər ağrım olduğunu və qırığım olmadığı halda niyə qanadığımı anlamırlar. Bəlkə də, vətərlərlə bağlı bir şeydir.

Yarışmaq üçün çox dərman içdim. Ağrım az ola da, arxa əyləclərdən istifadə edə bilmirdim. Sərbəst yürüşlərdə iştirak edə bilməsəm də, bu bəhanə deyil. Ducati-lərlə mübarizə aparmağa gücümüz yoxdur”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*