Toro Rosso komandasının sürücüsü Aleksander Elbon bildirib ki, növbəti hədəfi sıralanma turunda son sessiyaya qalmaqdır.
F-1.az xatırladır ki, “qırmızı buzovlar” ilk 3 yarışın hamısından xal qazansalar da, hələ də sıralanma turunda son sessiyaya qala bilməyiblər.
Aleksander Elbon: “Bolidə hər minəndə özümü daha da rahat hiss edirəm. Təkərlərə daha yaxşı nəzarət edirəm və sürətim artır. Bolidimiz hər üç sıralanma turunda da son sessiyaya qala bilərdi. Lakin bunu bacara bilməmişəm. Hədəfimiz son sessiyaya qalmaqdır”.