15 Sentyabr 2019, Bazar - 18:21

Z.Stefanoviç: “Hər şey gələn çərşənbəyə kimi həll olunmalıdır”

Z.Stefanoviç: “Hər şey gələn çərşənbəyə kimi həll olunmalıdır”

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

16:17 - 27 Fevral, 2010

Bu həftənin sonunda və ya gələn həftənin əvvəlində FİA dünya çempionatının iştirakçılarının yekun siyahısını dərc etməlidir – hamını çempionatın 13-cü […]

Bu həftənin sonunda və ya gələn həftənin əvvəlində FİA dünya çempionatının iştirakçılarının yekun siyahısını dərc etməlidir – hamını çempionatın 13-cü komandasının adı maraqlandırır. Üç variant mümkündür – ya komandaların sayı 12 olacaq, ya US F1 komandasına ilk dörd Qran Prini buraxmağa icazə veriləcək, ya da starta Serbiyanın Stefan GP komandası çıxacaq. Hərçənd, bu komandaların sponsor və səhmdarlarının iştirakı ilə kompromis variant da mümkündür.

FİA-nın son qərarını Stefan GP komandası da səbirsizliklə gözləyir, Reuters agentliyinə müsahibəsində layihənin başçısı Zoran Stefamoviç bildirib: “Maşınların Bəhreynə göndərilməsi vaxtı yetişib və biz ən yaxın zamanda son qərarı gözləyirik. Əgər komanda Bəhreyndə starta çıxmalı olarsa, onda hər şey gələn çərşənbəyə kimi həll olunmalıdır – biz ümid edirik ki, bu vaxta kimi məsələ həll olunacaq.”


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 227
Teqlər
Paylaş

logo