Z.Braun: Monako maşınımız üçün uyğundur

McLaren-in rəhbəri Zek Braun bildirib ki, Monako yarışı MCL60 üçün daha əlverişlidir.

F-1.az xatırladır ki, McLaren komandası bu il çox zəif görünürlər və gözləntiləri qarşılaya bilmirlər. Onlar sadəcə Avstraliya və Azərbaycan yarışlarından xalla ayrılıblar.

Zek Braun: “Monako təqvimdəki ən vacib yarışlardan biridir. Oradakı sıralanma turu çox möhtəşəmdir və ab-hava çox gözəldir. Mayami ilə iki fərqli yarışdır, amma hər ikisi fərqli səbəblərə görə azarkeşlər üçün həyəcanvericidir. Mayami yarışı McLaren üçün pis keçdi, amma indi bizi nəyin geriyə saldığını bilirik. Problemləri həll etmək üçün ilk addımı atdıq. Buna görə də Monakoda yaxşı performans göstərməliyik.

Mövsümə zəif maşınla başlasaq da, getdikcə güclənirik. Monako trası MCL60 üçün Mayamidən daha yaxşıdır. Buna görə də yaxşı nəticə mümkündür. Lakin hazırda komandalar daha yaxındır və hər şey xırdalıqlardan asılıdır. 0.1 saniyə ilə özünüzü öndə ya da arxada görə bilərsiniz.

Maşınımızın isti havada zəif olduğunu bilirik. Arxa təkərlər tez yeuolməyə başlayır. Mayamidə belə oldu, Bundan başqa yeni asfalt var idi. Bu da asfaltla ilişməni azaltdı. Bəhreyn kimi Mayami də maşınımız üçün uyğun deyildi. Lakin Monakoda hər şeyin daha yaxşı olacağını düşünürəm. Kanadada yaxşı nəticə qazana bilərik. Avstriya və Britaniya yarışlaır üçün də vacib yeniliklərimiz var. Mövsümün ikinci yarısın inkişaf edə bilərik”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*