Y.Trulli zəlzələ qurbanlarına kömək edir

Toyota sürücüsü Yarno Trulli bu həftə zəlzələdən əziyyət çəkmiş İtaliyanın Ambruzzo əyalətinə səfər edib. Trulli özü əslən bu yerlərdəndir, o […]

Toyota sürücüsü Yarno Trulli bu həftə zəlzələdən əziyyət çəkmiş İtaliyanın Ambruzzo əyalətinə səfər edib. Trulli özü əslən bu yerlərdəndir, o Peskara şəhərində doğulub və indi təbii fəlakətin qurbanlarına kömək fonduna vəsait toplamaqla məşğuldur. İki gün əvvəl Yarno yerlə-yeksan olmuş Onna kəndinə baş çəkib, hazırda çadırlarda yaşamağa məcbur olmuş sakinlərlə görüşüb. Daha sonra o qədim el Akila şəhərinə gedib, burada o çadır şəhərciyində yaşayan 270 adamla görüşüb, suvenirlər paylayıb, avtoqraflar verib və uşaqlarla şəkil çəkdirib…

Yarno Trulli: “Gördüklərim məni şoka salıb: çoxlu binalar dağılıb, yerli əhaliyə çox böyük zərər dəyib. Mən gücüm çatan hər bir şeyi edirəm və Formula1-də hər bir kəs məni dəstəkləyir. Ümid edirəm ki, biz bərpa işləri üçün bir qədər vəsait toplaya biləcəyik.”

Trulli özünün elan etdiyi “Abruzzo nel Cuore” (Amruzzo qəlbimizdədir) aksiyası çərçivəsində 230 min Avro toplaya bilib. Bundan əlavə komandalar və sürücülər müxtəlif suvenirlər və Formula1 predmetləri veriblər ki, bunlar da xüsusi hərracda satılacaq və vəsait zəlzələdən əziyyət çəkənlərə kömək fonduna köçürüləcək…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*