Y.Trulli: “Mənim bəxtim gətirdi”

Avstraliya Qran Prisinin finişindən sonra üçüncü yeri tutmuş Yarno Trulli etiraf edib ki, onun sadəcə bəxti gətirib, amma italiyalı sürücü […]

Avstraliya Qran Prisinin finişindən sonra üçüncü yeri tutmuş Yarno Trulli etiraf edib ki, onun sadəcə bəxti gətirib, amma italiyalı sürücü öz TF109 maşınından razı qalıb. Xatırladaq ki, dünən axşam Toyota diskvalifikasiya olunmuşdu və sürücülər yarışa pit-leyndən başlayıblar. Amma buna baxmayaraq Trulli trasa çıxan TM-lərdən ayaralana bilib və nəticədə yapon komandası Melburnda 10 xal qazanıb, çünki Timo Qlokda finiş xəttini beşinci keçib.

Yarno Trulli: “Dünənki hadisələrdən sonra yarış bütün komanda üçün vacib idi. Mənim sadəcə bəxtim gətirdi, mən birinci döngədə qəzalardan uzaq oldum və bundan sonra bütün gücümlə hücuma keçdim, ona görə də üçüncü yer – əla nəticədir!

Amma bu komandanın xidmətidir, qışda da yaxşı işləmişik, fantastik maşın hazırlamışıq. Bugünkü yarış bunu bir daha təsdiq etdi.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*