Y.Trulli: “Əmin olmaq lazımdır ki, yaxınlıqda KERS qoyulmuş maşın yoxdur”

Dünən sərbəst yürüşlərdə Yarno Trulli ilk onluğa düşə bilməyib və liderə bir saniyədən çox uduzub, sıralanma turu ərəfəsində italiyalı sürücü […]

Dünən sərbəst yürüşlərdə Yarno Trulli ilk onluğa düşə bilməyib və liderə bir saniyədən çox uduzub, sıralanma turu ərəfəsində italiyalı sürücü etiraf edib ki, Monsada yaxşı nəticə göstərmək çətin olacaq…

Yarno Trulli: “Bizim üçün bu yaxşı tras deyil, amma biz maksimum yaxşı nəticəyə çalışacauıq. Biz bu trasda heç bir vaxt güclü olmamışıq və son beş ildə bu yarış həmişə bizim üçün çətin sınaq olub. Cümə günü pis keçmədi, amma bizə sürət, asfaltla ilişmə çatmır və təkərləri qızdıra bilmirik.

Hərçənd istənilən yarışda biz qələbə qazanmağa çalışırıq, amma bu trasda mən təsəvvür edə bilmirəm ki, Spada olduğu kimi ilk cərgələrdə olaq. Amma mən nikbinəm, çünki bəzən yarışlarda hər şey olur.

KERS qoyulmuş maşınlar burda ciddi üstünlüyə malikdirlər – elə bil ki, onlar başqa sinifdə çıxış edirlər. Bizə çətin olacaq, düz yollarda onlarla mübarizə aparmaq çətin olacaq, deəli, onlarla yanaşı getmək mümkün deyil. Həmişə əmin olmaq lazımdır ki, düz yolda onlar sənin yanında olmasınlar, çünki sürət fərqi çox böyükdür. Həmişə fərqli taktika seçmək lazımdır.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*