19 Sentyabr 2019, Cümə axşamı - 10:33

E.Bulye: “Vandorn hazır olduğunu sübut etdi”

E.Bulye: “Vandorn hazır olduğunu sübut etdi”

Müəllif: Rauf Hacıyev, redaktor

12:33 - 23 Sentyabr, 2016

McLaren komandasının idman direktoru Erik Bulye bildirib ki, Vandorn Bəhreyn yarışında Formula1-ə hazır olduğunu göstərib…

F-1.az xatırladır ki, Alonso zədələndiyi üçün Bəhreyn yarışında iştirak edə bilməmişdi və onu Vandorn əvəzləmişdi. Vandorn bu yarışdan xalla ayrılmışdı. Vandorn gələn ildən etibarən McLaren-də ilk tam mövsümünü keçirəcək və Alonsonun komanda yoldaşı olacaq.

Bulye gənc sürücünün hazır olduğundan əmindir: “Stoffel istedadını aşağı kateqoriyalarda göstərdi. Onun yarışa biləcəyindən əmin idim. O, digərlərinin təcrübəsinə sahib deyil, amma onları məğlub edərək böyüyə bilər. Bəhreyndə əla yarışmışdı. O, Formula1-də yarışmaq üçün hazır olduğunu göstərdi. O, gələn il bizi inkişaf etdirə bilər. Komandadakı digər sürücülərin təcrübəsindən faydalana bilər. Vandorn hələ gəncdir və öyrənə biləcəyi çox şey var”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 310
Teqlər , ,
Paylaş

logo