17 Dekabr 2018, Bazar ertəsi - 07:11

E.Bulye: “Bazadakılara suallarım var”

E.Bulye: “Bazadakılara suallarım var”

Müəllif: Rauf Hacıyev, redaktor

18:05 - 08 Aprel, 2018

McLaren komandasının idman direktoru Erik Bulye sıralanma turundakı nəticələrə görə təəccübünü gizlətməyib.

F-1.az xatırladır ki, “narıncılar” bugünkü yarışa 13-cü və 14-cü yerlərdən başlayacaqlar.

Erik Bulye: “Üçüncü sərbəst yürüşlərdən sonra bu nəticə bizim üçün sürpriz oldu. Bunu araşdırmalıyıq. Alonso son cəhdində 2-ci və 3-cü sektorlarda yaxşı nəticə göstərdi. Bu hal xeyrimizə ola bilərdi. Bolidin balansı yaxşı olsa da, asfaltla ilişməsi zəifdir. Məncə, zəif performansın səbəbi bu idi. Sürücülər də hər hansı problemdən danışmadılar.

Keçən il də Bəhreyndə problemlər yaşadıq. Avstaliyadakı tempimiz təsadüfi deyildi. Lakin yarış tempimiz daha yaxşı olacaq. İndi isə problemin səbəbini tapmalıyıq. Bazada işləyənlərə suallarımız olacaq”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 111
Teqlər , , , ,
Paylaş

logo