Yeni R.S.20-də mühərrik işə salınıb – VİDEO

Renault komandası yeni maşında mühərriki uğurla ilk dəfə işə salması barədə məlumat verən növbəti komanda olub.

F-1.az bildirir ki, komandanın mətbuat xidmətinin yaydığı videodan hadisənin cümə günü baş tutduğu anlaşılır. Renault-nun müştərisi olan McLaren komandasından fərqli olaraq, Enstounda hadisəni şouya çevirməyiblər – McLaren bazasına bir çox sponsor və tərəfdaşlarını da dəvət etmişdi.

Renault-nun mətbuat xidmətinin Twitter-də yayımladığı qısamüddətli videoçarx təxminən bir gündə 60 min baxış toplayıb. McLaren isə eyni fransız mühərrikinin işə salınması prosedurunu daha detallı şəkildə qeyd edərək, hesabatın iki versiyasını internetdə paylaşmışdı – qısa və doqquz dəqiqədən çox davam edən uzun versiya. Onlardan birincisi üç gündə 94 min baxış, ikincisi isə bir gündə cəmi 56 min baxış toplayıb.

Ona görə də buradan sual doğur: McLaren marketoloqlarının sərf etdiyi işə dəyərmi? Renault-nun xərcləri və təşkilatçılıq səyləri daha az idi və tamaşaçıların reaksiyası isə elə də fərqli olmayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*