McLaren yeni MCL35-də mühərriki işə salıb – VİDEO

Bu il podiumlara iddialı olan McLaren komandası yeni maşınında mühərriki işə salıb.

F-1.az xatırladır ki, dünən Mercedes komandası yeni maşınında mühərrikin ilk işə salınması barədə məlumat vermişdi, bu gün isə McLaren komandası son 6 ilin çempionundan geri qalmadığını göstərib. Britaniyalıların mətbuat xidməti Renault mühərrikinin MCL35-də ilk buraxılışının videosunu yayımlayıb.

Andreas Zaydl: “Bu gün Renault-dakı həmkarlarımızla birlikdə ilk dəfə yeni maşında mühərriki uğurla işə saldıq. Hər il bu mühüm bir mərhələ olur. Qarşıdakı həftələrdə komandanı çox ağır iş gözləyir, amma bütün işçilərin gözlərindəki parıltını görmək çox xoşdur. İş plan üzrə gedir – təqdimata və ilk sınaqlara hazırlaşırıq”.

Beləliklə, yeni Mercedes və Renault mühərriklərinin necə səsləndiyini eşitdik. İndi isə Ferrari və Honda-nın növbəsidir. Gözləyirik!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*