Lando Norris hospitaldan buraxılıb

McLaren komandasının sürücüsü qəzadan sonra hospitala hərtərrəfli müayinəyə aparılıb və sürücüdə heç bir problem olmadığı aşkarlanıb.

F-1.az bildirir ki, gənc sürücü Belçika Qran Prisinin sıralanma turunda qəza edib və mübarizəni dayandırıb. Qəza sərt olduğu üçün 23 yaşlı pilotu hospitala müayinəyə aparıblar.

McLaren komandasının sürücüsü müayinə olunduqdan sonra hospitaldan evə buraxılıb. MRT müayinə də sürücüdə ciddi problem üzə çıxarmayıb. Sadəcə sol qolun bir neçə yerdə əzilməsi məlum olub.

Stüardlar da sürücünün yarışa buraxılmasına icazə veriblər.

Mexaniklər isə maşının bərpasına başlayıblar – böyük ehtimalla sürücü yarışa pit-leyndən başlayacaq…

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*