Yeni motorlara keçid baha başa gələcək

Formula1-in 2014-cü ildə yeni 1.6 litrlik V6 turbomotorlara keçməsi baha başa gələcək. FİA-nın ilkin hesablamalarına əsasən, hələ dördsilindirli motorlaraın hazırlanması […]

Formula1-in 2014-cü ildə yeni 1.6 litrlik V6 turbomotorlara keçməsi baha başa gələcək. FİA-nın ilkin hesablamalarına əsasən, hələ dördsilindirli motorlaraın hazırlanması və istehsalı motor şirkətlərinə 75-100 milyon Avroya başa gəlməli idi, bu zaman FİA 4 ilə çəkilmiş məsrəflərin tam ödənilməsini bildirirdi. FİA-nın son məlumatına əsasən V6 motorlarına da təxminən eyni məbləğ xərclənəcək və 4 il müddətinə xərclər özünü doğruldacaq – bu barədə TomorrowNewsf1.com saytı xəbər verib…

Hazırda çempionatda istifadə olunan 2.4 litrlik V8 motorlar istehsalçılara ucuz başa gəlir: illik modernizə xərcləri 10 milyonu aşmır və daha 15-20 milyon marketinqə xərclənir. İstehsalçı ilə müqavilə bağlamış hər bir komanda isə ildə orta hesabla 7-10 milyon Avro ödəyir.

Çox güman ki, istehsalçılar illik büdcələrini artırmağa hazır deyillər, yeni motorlara keçidə baxmayaraq, illik büdcə 40-60 milyon həndəvərində qalacaq. Komandalar da illik ödənişləri artırmayacaqlar.

FİA tələb edir ki, yeni motorların resursu 4000 km-ə çatdırılsın – hazırkı V8 motorların resursu 2000 km-dir, amma 2014-cü ildən daha sərt məhdudiyyətlər tətbiq ediləcək və komandalar il ərzində hər bir maşına 4-5 motor işlətməli olacaqlar. Bununla komandaların məsrəfləri azaldılacaq.

Hesablamalar göstərir ki, əgər Ferrari və ya Mercedes GP komandaları öz motorlarını daha 3 komandaya sata bilsələr, hər bir komanda 6 milyon Avro ödəsə, onda 4 il ərzində motor istehsalçıları 70 milyon Avro gəlir əldə edəcəklər və faktiki olaraq istehsal xərclərini örtəcəklər…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*