K.Rəykkönen Rosberqi anlamır

Ferrari komandasının sürücüsü Kimi Rəykkönen 2016-cı ilin Dünya Çempionu Niko Rosberqi başa düşə bilmir.

F-1.az xatırladır ki, Niko Rosberq 2016-cı ildə karyerasını bitirdikdən sonra RTL televiziyasında müxbirlik edir.

Kimi Rəykkönen: “Xeyr. Bu işi buraxmaq çətin deyil. Sürməkdən başqa, digər tədbirlər bitəndə rahatlancağam. Sürmək gözəl olsa da, digər tədbirlər elə deyil.

Rosberq getmə səbəbini deyəndə bunun yaxşı olduğunu düşündüm və anladım. İndi isə əlində mikrofonla ora gedir, bura gəlir. Ayrılması ilə bağlı səbəbləri niyə demişdi anlamıram.

Bir bolidi təkmilləşdirmək üçün işləyə bilərəm. Amma insanların içində yox, arxa planda olaram. Əlimdə mikrofonla orada dayanan deyiləm”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*