Yeni komandalar: Kim kimdir?

FİA-nın 2010-cu il üçün nəzərdə tutduğu planlar federasiya və hazırkı komandaların qarşıdurması ilə nəticələndi. Amma nəzərdə tutulan büdcənin məhdudlaşdırılması prinsipi […]

FİA-nın 2010-cu il üçün nəzərdə tutduğu planlar federasiya və hazırkı komandaların qarşıdurması ilə nəticələndi. Amma nəzərdə tutulan büdcənin məhdudlaşdırılması prinsipi digər insanlar üçün, xüsusən də çoxdan Formula1-ə can atanlar üçün sonuncu ümid yeri oldu. Onlar hiss etdilər ki, artıq vaxtdır və arzularının gerçəkləşməyinə az qalıb. Bu gün FİA 13 komandanın siyahısını dərc edib, onlardan onunu biz yaxşı tanıyırıq, üç komanda isə yenidir. Amma onlardan yalnız biri – Manor Grand Prix hamı üçün sürpriz olub. Yeni komandalar haqqında qısa məlumat:

Team USF1
Hələ ərizələrin verilməsi başlanmamışdan əvvəl Formula1-in veteranları Piter Uindzor və Ken Anderson Amerika komandasının yaradılma planalrını elan etmişdilər, onlar bütün dünyaya sübut etmək istəyirlər ki, “”Amerika texnologiyası, amerikalı sürücülər və amerikasayağı yarış ruhu beynəlxalq meydanda uğur qazandıra bilər.”

Bu insanların ambisiya və təcrübələri açıb-daşır. Britaniyalı Piter Uindzor vaxtilə Williams komandasının meneceri olub, amma daha yaxşı jurnalist və teleşərhçi kimi tanınır. Amerikalı mühəndis Ken Anderson son illər dünyanın ən yaxşı aerodinamik borusu yerləşən müasir Windshear komplkesinin qurulması ilə məşğul olub. Amma səksəninci illərdə Ligier F1 komandasının etxniki direktoru olub.

USF1 Şimali Karolinanın Şarlott şəhərdinə baza yaradıb, həlleidci mütəxəssislər toplayır və bütün işlərini payzıa qədər yekunlaşdırmalıdır.

Campos Meta 1
İspaniyanın Formula1 çempionatında çıxış edən Campos Racing komandası ilk ərizə verənlərdəndir. İspaniya mətbuatının yaydığı xəbərlərə görə, bu layihədə keçmiş Formula1 sürücüsü Adrian Kamposla yanaşı meksikalı biznesmen Karlos Slim və NBA basketbolçusu Pau Qazol da iştirak edirlər.

Yeri gəlmişkən qeyd edək ki, vaxtilə Fernando Alonso məhz Kamposun komandasında çıxış edib, o həm də keçən il GP2 seriyasında komanda hesabında qalib gəlmiş Barwa İnternational Campos Team komandasının həmsahibi olub. Komandanın adında sponsorlarından birinin də adı var – Meta İmage şirkətinin.

Manor Grand Prix
Bu layihə ən çox sual doğurur, çünki iştirakçıların siyahısında bu komanda gözlənilmirdi. Hesab edirik ki, Manor Grand Prix komandası Britaniyanın Manor Motorsport şirkətini təmsil edir, şirkət 1990-cı ildən Britaniyanın Formul3 çempionatında iştirak edir. Komandaya milli çempionatlarda qalib gəlmiş keçmiş sürücü Con But başçılıq edir.

Manor MotorSport Renault Formulası-nda da uğurlar qazanıb, bu komandada vaxtilə Antonio Pitsoniya, Kimi Rəykkönen və Lyuis Həmilton çıxış ediblər. 2005-ci ildə komandanın sürücüsü braziliyalı Lukas di Qrassi nüfuzlu Makao Qran Prisində qələbə qazanmışdı.

Britaniyanın Autosport qəzeti yazır ki, Manor Grand Prix layihəsində tanınmış Nik Uirtin adı keçir, Nik doxsanıncı illərdə Formula1-də çıxış etmiş Simtek komandasının başçısı, daha sonra isə Benetton komandasının baş konstruktoru olub. Son illərdə o FİA ilə sıx əməkdaşlıq edirdi.

Hər üç komanda Cosworth şirkətinin istehsal etdiyi motorlardan istifadə edəcək…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*