Team Lotus jurnalistləri toplayır

Team Lotus komandasının mətbuat xidməti bu gün jurnalistləri aprelin 27-də səhər Daksford şəhərinin İmperiya Hərbi Muzeyində təşkil olunacaq rəsmi tədbirə […]

Team Lotus komandasının mətbuat xidməti bu gün jurnalistləri aprelin 27-də səhər Daksford şəhərinin İmperiya Hərbi Muzeyində təşkil olunacaq rəsmi tədbirə dəvət edib.

Komanda öz gələcəyi barədə “inanılmaz maraqlı bəyanat” verməyi və hərbi aerodromun düz yollarında T128-in açıq testlərini keçirməyi planlaşdırır.

Bəyanatın mahiyyəti hələ məlum deyil, amma mətbuat xidməti israr edir ki, tədbirə baş çəkməyinə dəyər…