Ferrari yeni bolidin təqdimat tarixini açıqlayıb

Ferrari komandası 2022-ci il bolidinin təqdimat tarixini açıqlayan ikinci komanda olub.

F-1.az bildirir ki, italyanlar yeni bolidlərini fevralın 17-də təqdim edəcək. Lakin maşının adı hələ də müəmmalıdır.

Xatırladaq ki, daha əvvəl Aston Martin komandası bolidin təqdimat tarixini açıqlamışdı.

Qeyd edək ki, Ferrari son qələbəsini 2019-cu ildə qazanıb. Amma yeni reqlament hesabına qırmızılar yenidən çempionluq mübarizəsinə qayıtmağa ümid edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*