Yalnız üç maşın KERS-lə çıxış edəcək

Cümə sərbəst yürüşlərində təkərlərin yeyilməsinin qiymətləndirilməsindən və effektliyinin yoxlanmasından sonra Çin Qran Prisində yalnız üç maşın KERS-lə çıxış etməyə qərar […]

Cümə sərbəst yürüşlərində təkərlərin yeyilməsinin qiymətləndirilməsindən və effektliyinin yoxlanmasından sonra Çin Qran Prisində yalnız üç maşın KERS-lə çıxış etməyə qərar verib. Lyuis Həmilton, Heykki Kovalaynen və Nik Haydfeldin maşınlarında əvvəlki yarışlarda olduğu kimi KERS olacaq, amma digər sürücülər müəyyən səbəblər üzündən sistemdən imtina ediblər…

Malayziya yarışından sonra KERS-lə problemlərin həll olunduğunu bildirməsinə baxmayaraq, Ferrari komandası hər iki maşından sistemi söküb, Renault da eyni addımı atıb. BMW Sauber komandası isə Robert Kubitsanın maşınında təkərin yeyilməsini azalda bilmədiyi üçün KERS-i yenə də yalnız Nikin maşınına quraşdırıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*