X.Algersuari: “Kubitsa stəkanı tuta bilmir”

BBC ilə Radio 5 Live radiokanalında şərhçi müqaviləsinin bağlanmasına həsr olunmuş mətbuat konfransında Xayme Algersuari Robert Kubitsanın vəziyyətindən açıq danışıb… […]

BBC ilə Radio 5 Live radiokanalında şərhçi müqaviləsinin bağlanmasına həsr olunmuş mətbuat konfransında Xayme Algersuari Robert Kubitsanın vəziyyətindən açıq danışıb…

Xayme Algersuari: “Son xəbərlərə görə, vəziyyət heç də yaxşı deyil. Robert su içmək üçün əlində stəkanı tuta bilmir. Zədələrin nəticəsi gözlənildiyindən çox ağır olub. Robertin doğrudan da bəxti gətirməyib, rallidə qəzalar tez-tez baş verir, onların çoxu kənardan qorxulu görünür, amma nəticələri problemsiz olur. Amma Robertin halında vəziyyət başqadır, hətta yanında olan şturman elə bilmişdi ki, Robert artıq ölüb.

Robert fantastik sürücüdür, sürətli sürücüdür. Tərəddüd etmirəm ki, o nə vaxtsa dünya çempionu ola bilərdi. Mən onu yarışlara qayıtmasına çox sevinərdim, o, Formula1-ə layiqdir, amma əvvəlcə normal həyata qayıtmaq lazımdır – evdən çıxmaq, adi maşını idarə etmək, sağ əlin əzələlərini işlətmək.

Çox güman ki, iyun və ya iyul ayında vəziyyət yaxşıya doğru dəyişəcək, amma həmin vaxta qədər onun Formula1-ə qayıtması barədə heç nə demək mümkün deyil.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*