Williams yaxın günlərdə heyətini açıqlayacaq

Dünən Williams komandasının həmsahibi Patrik Hed alman jurnalistlərə bildirib ki, Niko Rosberq mövsümün sonunda komandanı tərk edə bilər, bu gün […]

Dünən Williams komandasının həmsahibi Patrik Hed alman jurnalistlərə bildirib ki, Niko Rosberq mövsümün sonunda komandanı tərk edə bilər, bu gün isə Britaniyanın Autosport saytına müsahibəsində Frənk Uilyams vəziyyəti şərh edib…

Frənk Uilyams: “Niko, sözsüz ki, bizim siyahıdadır, amma mən düşünürəm ki, o McLaren-in də siyahısındadır, əgər onlar həqiqətən Kovalaynenlə müqaviləni pozsalar, Norbert hauq komandaya alman sürücü gətirmək istəyirdi, baxaq görək, vəziyyət necə olacaq.

Niko çox sürətlidir, birinci dövrənin sonunda o həmişə bir neçə mövqe qazanır. Rosberq şəndir, marketoloqlarla ümumi dil tapa bilir, amma o trasda çox yaxşıdır.

Komandanın heyəti barədə bu həftələrdə qərar qəbul edəcəyik, sürücülər bazarında vəziyyət çətindir, əvvəlcə biz bir sürücünün məsələsini həll etməliyik, sonra isə digərinin.”

Çox güman ki, Williams-ın sürücülərindən biri Villi Veberin yetirməsi Niko Hülkenberq olacaq…

Frənk Uilyams: “Hülkenberq Formula1-də debütə hazırdır, amma o hələ çox şey öyrənməlidir. Gənc sürücülər həmişə səhvə yol verirlər, Lyuis isə başqalarına nisbətən daha az səhvə yol vermişdi, amma belə sürücülər 20 ildə bir peyda olur.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*