Williams Valensiyaya yeni şassi gətirəcək

Williams komandası elan edib ki, Valensiyada iki həftədən sonra başlayacaq mövsümöncəsi testlərin birinci seriyasına yeni FW33 şassisini gətirməyə hazırlaşır. Yeni […]

Williams komandası elan edib ki, Valensiyada iki həftədən sonra başlayacaq mövsümöncəsi testlərin birinci seriyasına yeni FW33 şassisini gətirməyə hazırlaşır. Yeni maşın ilk dəfə trasa testlərin birinci günü çıxmalıdır.

Testlərin birinci gününü və ikinci günün yarısını sükan arxasında Rubens Barrikello işləyəcək, çərşənbə günü nahardan sonra onu Pastor Maldonado əvəz edəcək, venesuelalı sürücü Rikardo Tormo adına avtodromdakı testləri baaş vuracaq.

Williams həm də bildirib ki, Valensiya testlərində yeni maşın neytral rəngə boyanacaq, rəsmi təqdimatın tarixi isə sonra elan olunacaq…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*