18 Oktyabr 2019, Cümə - 11:15

Williams sürücüləri Cosworth motorlarından razıdırlar

Williams sürücüləri Cosworth motorlarından razıdırlar

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

11:29 - 13 Fevral, 2010

Bu ildən Formula1-ə Cosworth motorları qayıdıb – bu britaniyalı motorların Formula1-də onillik qələbə tarixi var: 176 qələbə. Bu il beş […]

Bu ildən Formula1-ə Cosworth motorları qayıdıb – bu britaniyalı motorların Formula1-də onillik qələbə tarixi var: 176 qələbə. Bu il beş komanda Cosworth motorları ilə starta çıxmalıdır, amma onlardan dördü hələ testlərə çıxmağa hazırlaşsalar da, Williams komandası CA2010 indeksli motoru tam yoxlayıblar.

Valensiyada drossellə bağlı kiçik problemləri nəzərə almasaq, motor özünü əla göstərib…

Rubens Barrikello: “Motor elə birinci dövrədən özünü əla göstərdi, Valensiyada iki gün ərzində 1000 mildən çox məsafə qət etdim, Niko da geri qalmırdı – heç bir problem yaranmadı. Əlbəttə, bizə daha çox vaxt lazımdır, amma mən hiss edirəm ki, bu çox əla motordur.”

Təcrübəli komanda yoldaşını debütant da dəstəkləyib…

Niko Hülkenberq: “Hər şey çox əla gedir, düzünü desəm, mən hətta təəccüblənmişəm. Bizim heç bir problemimiz yaranmadı. Keçən ilin sonunda mən Toyota motorları ilə işləmişdim, inanın ki, bu motorlar yaponiyalı motorlardan güclüdür.”

Cosworth CA2010 motorlarından istifadə edəcək Virgin komandası da Xeres testlərində iştirak edir, amma onun sürücüləri müəyyən problemlər üzündən hələ trasda fərqlənə bilməyiblər. Lotus komandası bu gün təqdimat mərasimi keçirməli və gələn həftə testlərə qatılmalıdır, Campos və US F1 komandaları barədə isə heç bir məlumat yoxdur…


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 245
Teqlər
Paylaş

logo