18 Avqust 2019, Bazar - 21:16

Pirelli İspaniya yarışına sürücülərin təkər seçimini bəyan edib

Pirelli İspaniya yarışına sürücülərin təkər seçimini bəyan edib

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

17:19 - 03 May, 2016

Builki reqlamentə əsasən, Pirelli səfər yarışlarına 14 həftə, Avropa yarışlarına isə 8 həftə qalmış təkər seçimini elan etməlidir. Bundan sonra komandalar yarış həftəsonu ərzində istifadə edəcəkləri tərkiblərin dəst sayını müəyyən edirlər və seçimlərini FİA-ya bildirirlər, federasiya isə Pirelli-dən məhz bu sayda təkər istehsal etməyi və yarışa gətirməyi tələb edir.

Komandaların seçimi məxfi saxlanılır və yarışa 2 həftə qalmış mətbuata bildirilir. Ona görə də bu gün Pirelli İspaniya Qran Prisinə hər bir sürücünün etdiyi seçimi açıqlayıb.

F-1.az xatırladır ki, keçən il Barselonada komandalar Hard və Medium tərkiblərindən istifadə etmişdilər, bu dəfə təkər istehsalçısı Soft tərkibini də təklif edir. Hard və Medium tərkibləri məcburi elan olunsa da, aktiv istiadə olunmayacaq – komandaların çoxu bu tərkibdən yalnız bir dəst sifariş veriblər…

SürücüKomandaHardMediumSoft
Lyuis HəmiltonMercedes AMG157
Niko RosberqMercedes AMG157
Sebastyan FettelFerrari148
Kimi RəykkönenFerrari148
Valtteri BottasWilliams157
Felipe MassaWilliams157
Daniel RikkardoRed Bull247
Daniil KvyatRed Bull247
Niko HülkenberqRenault256
Serxio PeresRenault256
Kevin MaqnussenForce İndia247
Colion PalmerForce İndia157
Maks FerstappenToro Rosso166
Karlos SaynsToro Rosso256
Fernando AlonsoMcLaren157
Censon BattonMcLaren157
Markus ErikssonSauber265
Felipe NasrSauber265
Paskal VerlyaynManor256
Rio HaryantoManor256
Roman QrojanHaas238
Esteban QutyerresHaas148

 

 


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 433
Teqlər , , , ,
Paylaş

logo