Williams komandasının səhmlərinin qiyməti 27% aşağı düşüb

Londonda dərc olunan The Guardian qəzeti xəbər verib ki, 33 illik tarixi ərzində mövsümə ən uğursuz start verən Williams komandasının […]

Londonda dərc olunan The Guardian qəzeti xəbər verib ki, 33 illik tarixi ərzində mövsümə ən uğursuz start verən Williams komandasının bir ay ərzində səhmlərinin qiyməti 27% aşağı düşüb.

Mart ayında Williams-ın səhmləri Frankfurt birjasında satışa buraxılmışdı, amma mövsümün ilk üç yarışında komanda heç bir xal toplaya bilməyib, bu isə qiymətli kağızların məzənnəsinə təsir edir. Əgər ilkin satışlarda səhmlər 24.31 Avroya təklif olunurdularsa, indi səhmlərin qiyməti 17.69 Avroya düşüb.

Qəzetin yazdığına görə, buna görə dünyanın ən məşhur teleşoularının istehsalçısı olan Endemol şirkətinin sahibi milyarder Yon de Molun təsis etdiyi Hollandiyanın Cyrte sərmayə şirkətinə ən çox zərər dəyib: çünki hollandlar komandanın səhmlərinin 5%-ni birjadan almışdılar, deməli, bir ay ərzində onlar 3.3 milyon Avro itiriblər…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*