Williams komandasından daha bir bəyanat

Williams komandası təsdiq edib ki, komandanın daha iki əməkdaşı hospitaldan buraxılıb və evə qayıdıblar – dünən İspaniya Qran Prisinin finişindən […]

Williams komandası təsdiq edib ki, komandanın daha iki əməkdaşı hospitaldan buraxılıb və evə qayıdıblar – dünən İspaniya Qran Prisinin finişindən bir saat sonra komandanın bokslarında baş vermiş yanğın zamanı komandanın dörd əməkdaşı tüstüdən zəhərlənmişdi.

Bir nəfər heç hospitala göndərilməmişdi, iki nəfər bu gün hospitalı tərk edib, müxtəlif dərəcəli yanıqlar almış bir nəfər isə hələ də hospitaldadır. Onun vəziyyəti stabildir və yaxın 48 saat ərzində britaniyaya qayıdacaq.

Yanğının səbəblərinin araşdırılması davam edir, komanda FİA və yerli hökumət strukturları ilə birlikdə araşdırmalar aparır və hamıya dəstək və xoş arzulara görə təşəkkür edir…

Ser Frəmk Uilyams: “”Bu gün əməkdaşlarımızın çoxunu komandanın bazasında salamlamaq mənə xoş idi. Onlardan biri hələ də İspaniyada mülicə alır, amma biz onun tezliklə qayıtmasını gözləyirik.

Williams komandasında hamı şaddır ki, yanğını tez bir zamanda söndürmək mümkün oldu, buna görə də dəyən ziyan elə də böyük deyil. Gözlənilmədən baş verən belə bir hadisə zamanı biz əsil həmrəylik , dostluq və qarşılıqlı yardım gördük, bütün bunlar Formula1-ə xasdır.

Komandaların və paddok əməkdaşlarının köməyi ani və təmənnasız oldu.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*