Williams komandası Toyota-dan ayrılmasını təsdiq edib

Williams komandası rəsmən təsdiq edib ki, mövsümün sonunda Toyota motorlarının təchizatı üzrə müqaviləni vaxtından əvvəl pozacaq. Komandanın mətbuat xidməti bu […]

Williams komandası rəsmən təsdiq edib ki, mövsümün sonunda Toyota motorlarının təchizatı üzrə müqaviləni vaxtından əvvəl pozacaq. Komandanın mətbuat xidməti bu münasibətlə reliz yayıb…

Relizdə deyilir: “Oksford, 14 oktyabr 2009-cu il. Williams komandası rəsmən təsdiq edir ki, bu ilin sonunda Toyota motorlarının təchizatı üzrə müqavilənin müddəti başa çatır.

Frənk Uilyams: “Bizim komandanın çətin anında, Toyota şirkəti bizi dəstəklədi və üç ildir ki, bizi morlarla təchiz etdi. Bütün bu illər ərzində şirkət əla tərəfdaş idi. Biz fəxr edirik ki, belə bir şirkətlə işləmək fürsətimiz var idi və Kölndə bazanın bütün əməkdaşlarına təşəkkür edirik.

Mən Toyota-nın mühəndis və texniki personalına da təşəkkür etmək istəyirəm, onlar bizimlə son üç ildə gərgin işləyiblər.”

Növbət mövsümdə motor təchizatçısı barədə isə əlavə məlumat veriləcək…”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*