Williams komandası Petronas-la razılaşmaya ümid edir?

Məlum olduğu kimi, Williams komandası çempionatda 14-cü komandanın çıxış etməsinin əleyhinədir, bunun səbəblərindən biri iqtisadi durumla əlaqədar ola bilər. Almaniyanın […]

Məlum olduğu kimi, Williams komandası çempionatda 14-cü komandanın çıxış etməsinin əleyhinədir, bunun səbəblərindən biri iqtisadi durumla əlaqədar ola bilər. Almaniyanın Auto Motor und Sport jurnalının irəli sürdüyü versiyaya görə, Williams rəhbərliyi ona görə Sauber komandasının gələn il starta çıxmasının əleyhinə çıxış edir ki, komanda Malayziyanın Petronas neft şirkətini öz tərəfinə çəkməyə ümid edir – malayziyalılar Hinvildən olan komandanın əsas sponsorudur.

FOTA-nın keçən bazar keçirilmiş iclasında Frənk Uilyams bildirmişdi ki, start sahəsinin 28 maşın üçün genişləndirilməsinin əleyhinədir, çünki bu çox böyükdür, həm də Sauber komandasının yeni sahibi olan Quadbak sərmayə fondu barədə praktiki olaraq heç nə məlum deyil.

Auto Motor und Sport-un fikrincə, Williams komandasının mövqeyi iqtisadi maraqlara söykənir: Petronas şirkəti Formula1-də qalmaq istəyir, amma eyni zamanda köhnə komandalarla işləməyə üstünlük verir, yəni yeni Malayziya layihəsi olan Lotus komandasına deyil, çoxdan əməkdaşlıq etdiyi Sauber komandası ilə qalmaq istəyir.

Beləliklə, Sauber komandası gələn ilin startına buraxılmasa, Williams komandası Petronas-la müqavilə imzalya bilər.

Britaniyanın The Daily Telegraph qəzeti yazır ki, Williams komandasının maliyyə vəziyyəti 2007-ci ildə olduğundan yaxşı olsa da, stabil deyil, məsələn, gələn il komanda son illərdə RBS bankından aldığı illik 20 milyon dollarlıq dəstəkdən mərhum olacaq…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*