V.Veber Force İndia ilə danışıqları davam etdirir

Çox güman ki, yaxın günlərdə Niko Hülkenberqin Force İndia komandası ilə ehtiyat sürücü müqaviləsi təsdiq olunacaq. Güclü komandalarda vakant yer […]

Çox güman ki, yaxın günlərdə Niko Hülkenberqin Force İndia komandası ilə ehtiyat sürücü müqaviləsi təsdiq olunacaq. Güclü komandalarda vakant yer yoxdur, sürücü və onun meneceri mövsümü buraxmaq istəmirlər, ehtiyat sürücü müqaviləsi aktiv işləməyə imkan verməsə də, sürücünü həmişə göz önündə saxlayır. Villi Veber müqavilənin bağlanmasına ümid edir…

Villi Veber: “Biz üçüncü sürücü müqaviləsi barədə danışıqları davam etdiririk, amma bizim əsas şərtimiz Nikonun 2012-ci ildə komandanın əsas sürücüsü olmasıdır. Əks halda bunun mənası yoxdur.”

Force İndia komandası qarşıdakı mövsümə tam heyətini elan etməyib, amma heç kəs şübhə etmir ki, komanda Adrian Sutillə müqaviləsini uzadacaq, Vitantonio Liutsi ilə yollarını ayıracaq və Pol di Restanı dəvət edəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*