Virgin və Honda: müqavilə təsdiq olunub

Bu gün səhər Brawn GP komandası və Virgin şirkətlər qrupunun başçısı Riçard Brənson mətbuat konfransı keçiriblər və müavilənin imzalandığını bildiriblər. […]

Bu gün səhər Brawn GP komandası və Virgin şirkətlər qrupunun başçısı Riçard Brənson mətbuat konfransı keçiriblər və müavilənin imzalandığını bildiriblər. Virgiт şirkəti Brawn GP-nin sponsoru olacaq və artıq sərbəst yürüşlərdə şirkətin loqotipləri maşınlara yapışdırılmışdı…

Riçard Brənson: “Bir neçə həftə əvvəl mən demişdim ki, bizim Formula1-ə gəlməyimizin iki şərti var – yeni iştirakçıları cəlb edəcək dərəcədə məsrəfləri azaltmaq və daha ekoloji yanacaqdan istifadə olunması. Bildiyiniz kimi, Berni Ekklstoun bildirib ki, Formula1-də debüt get-gedə ucuzlaşdırılacaq, yanacağa gəlincə, biz Gevo şirkətinə nəqliyyat şirkətlərimizdən əldə etdiyimiz bütün gəliri yatırtmışıq ki, təmiz ekoloji yanacaq hazırlasınlar.

Gevo qarşısında qoyulan məsələlərdən biri Formula1 üçün effektiv və ekoloji təmiz yanacağın hazırlanması idi, bu yanacaq Virgin Fuel adlanacaq. Bu gün mən belə bir yanacağın hazırlandlölnl elan etməyə şadam. Yaxın vaxtlarda biz Formula1-də bu yanacaqdan sitifadə olunması üçün danışıqlara başlayacayıq. Mən bu idmanı yaxşılığa doğru dəyişməyə çalışacam.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*