Frederik Vassyör: “Mövsümün ilk yarısında vəziyyət mərhələdən mərhələyə dəyişirdi. İspaniyaya qədər Mercedes dominantlıq edirdi, son yarışlarda isə biz onlardan daha çox xal toplamışıq.
Biz hansı sahədə güclənməliyik? Macarıstanın təcrübəsindən çıxış etsək, deyərdim ki, icra keyfiyyətində. Amma ümumilikdə, bu il imkanlarımızı dəyərləndirməyi pis bacarmırıq və çox vaxt mümkün olan maksimum nəticəni əldə edirik.
Bilirk ki, güc qurğusunu təkmilləşdirməliyik və bunun üzərində çalışırıq, amma motorun inkişafı həmişə şassinin təkmilləşdirilməsi qədər sürətli getmir.
Ən vacibi odur ki, bolidin təkmilləşdirilməsi tempini yüksək səviyyədə saxlayaq. McLaren bunu kifayət qədər yaxşı bacarır, amma onlar iri yenilik paketlərinə üstünlük verirlər və buna görə də dərhal böyük addım atırlar, biz isə hər yarışa yeniliklər gətirməyə çalışırıq. Bu tempi qorumaq vacibdir, çünki mövsümün sonuna qədər hələ 12 yarış var. Bu, çoxdur. Şassinin təkmilləşdirilməsi baxımından hələ irəliləmək üçün yerimiz var”.





