Valensiya FİA-ya azarkeşləri nəzərə almağı təklif edib

Macarıstan Qran Prisində Fernando Alonsonun maşınından təkərin qopub ayrılması ilə əlaqədar insidenti araşdıran yarışın stüardları Renault komandasını Avropa Qran Prisində […]

Macarıstan Qran Prisində Fernando Alonsonun maşınından təkərin qopub ayrılması ilə əlaqədar insidenti araşdıran yarışın stüardları Renault komandasını Avropa Qran Prisində iştirakdan azad etmək kimi sərt cərimə tətbiq ediblər. KOmanda apelyasiya hüququndan istifadə edib, amma stüardların qərarı ispan mətbuatında kəskin tənqid atəşinə tutulub.

Hunqarorinqdə stüardlardan biri Moslinin aktiv tərəfdarı BƏƏ-nin AvtoKlubun prezidenti Muhəmməd ibn Sulayem olub, məhz onun dəstəyi ilə FİA prezidenti keçənilki qalamqaldan sonra etibar qazanmışdı. İspan juranlistlər hesab edirlər ki, stüardların belə sərt qərarı Flavio Briatorenin FOTA-FİA qarşıdurmasındakı sərt mövqeyinə görə qisasdır.

Söhbət buraxılacaq yarışdan getmir, məsələ ondadır ki, bu yarış mövsümdə Fernando Alonsonun ikinci ev yarışıdır, komanda bu yarışa çoxsaylı qonaqlarını, potensial tərəfdaş və sponsorlarını çağırıb, həm də komanda ev yarışında uğur qazanmağa ümid edirdi. İndi əgər apelyasiyanın xeyri olmasa, komanda özü üçün vacib olan bir Qran Prini itirəcək, hərçənc daha bir faktor var – bu gün Avropa Qran Prisinin təşkilatçıları Fernando Alonsosuz yarışa daha az tamaşaçının toplaşması barədə bəyanat yayıblar…

Xorxe Martines Aspar, Valmor Sport-un vitse prezidenti: “Biz FİA-ya təklif edirik ki, azarkeşləri nəzərə alsınlar, onların çoxu məhz Fernando ALonsonun çıxışını izləmək üçün bilet alırlar. Onlar belə bir sərt qərarın qurbanı olmamalıdırlar.

Biz apelyasiyanı diqqətlə izləyirik, İspaniyanın milli federasiyası ilə, Renault komandası ilə və Alonsonun nümayəndələri ilə sıx əlaqə saxlayırıq. Biz onu Avropa Qran Prisinin startında görmək istərdik. Keçən həftənin faciəsini nəzərə alsaq, qopan təkərlə bağlı insidentin ciddiliyini qiymətləndirməmək mümkün deyil, amma biz ümid edirik ki, bundan azarkeşlər əziyyət çəkməyəcəklər.”

İspan mətbuatı şayiələr yayır ki, əgər Renault-nun apelyasiyası müsbət nəticə verməsə, Valensiyada Fernando Alonso Ferrari-nin sükanı arxasında otura bilər. Amma bu addım üçün hər iki komanda böyük qurbanlar verməlidir…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*