V.Bottas: Dəqiq söz deyə bilmərəm

Mercedes komandasının sürücüsü Valtteri Bottas bildirib ki, ilk gün olduğu üçün dəqiq bir söz demək istəmir.

F-1.az xatırladır ki, finlandiyalı sürücü testlərin ilk günündə 79 dövrə vurub və 1.17.313 zaman nəticəsilə ikinci olub.

Valtteri Bottas: “Səhər saat 9-dan işləməyə başladıq. Nahara qədər problem yox idi. İşimiz plan üzrə getdi. Bu, təsiredici idi. Səhər aerodinamika üzərində işlədim və sensorlarla sürdüm. Sonra isə sazlanmaları sınadım. Testlərdə bolidin ciddi dəyişikliklərə reaksiyasını öyrənmək asan olur. Yeni bolidi sevdim. Sürətli və etibarlıdır. Yaxşı başladıq. Güc balansı barədə söz deyə bilmərəm, münki ilk gündür”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*