Uduzmamaq üçün səhvə yol vermək

Spa trasında ən sürətli sürücü adına namizədlərin sayı çox idi. Startdan əvvəl bu ada real namizəd Yarno Trulli idi, italiyalı […]

Spa trasında ən sürətli sürücü adına namizədlərin sayı çox idi. Startdan əvvəl bu ada real namizəd Yarno Trulli idi, italiyalı sürücünün sıralanma turunda yanacaq ehtiyatı ilə göstərdiyi nəticə belə hesab etməyə əsas verirdi. Yarışın finişindən sonra Cankarlo Fizikella təəssüflə qeyd etdi ki, o xoşbəxt qalibdən sürətli idi. Daha sonra isə Sebastyan Fettel əlavə etdi ki, trasda ən sürətli o olub – alman gənc sürücünün əldə etdiyi rəsmi sürətli dövrə də bunu sübut edir. Amma yarışda isə Kimi Rəykkönen qalib gəldi…

Düzünü deyim, startdan əvvəl bir çoxları, elə mən özüm də, elə Kiminin özü də bu trasda qələbəyə real namizəd məhz finlandiyalı sürücünü hesab edirdi. Startda ləngimiş Rubens Barrikellonun düz arxasında start alan Kimi KERS-dən gec istifadə etdi və birinci döngəyə geniş girməli oldu, amma bu döngənin trasdan kənar təhlükəsizlik zolağı asfaltlanıb və son illərdə sürücülər startda bu ərazidən çox istifadə edirlər. Bu əraziyə dördüncü çıxan Kimi sürət yığaraq trasa qayıtdıqda Nik Haydfeldə bərabərləşdi və tezliklə onu arxada buraxaraq daha bir dəfə KERS düyməsini basdı. Məşhur “Qırmızı Su” döngəsindən sonra ətalətlə Robert Kubitsanı qabaqladı. Beləliklə, startdan bir neçə döngə sonra Kiminin qarşısında yalnız pouldan start almış Cankarlo qalmışdı…

İtaliyalı sürücü yarışdan sonra mətbuat konfransında hissolunacaq dərəcədə məyus görünürdü və onu başa düşmək olardı. O yarışdan əvvəl xal qazanmağa ümid edirdi, qəlbinin dərinliklərində podiuma köklənmişdi, amma elə alındı ki, Vicey Malyanın komandası az qala əfsanəvi trasda qələbə qazancaqdı. Restartdan sonra yenə də KERS-dən istifadə etməklə təpənin başında onu keçmiş Kimidən Cankarlonu bütün 44 dövrə ərzində iki saniyədən çox vaxt ayırmadı, finişdə isə bu fərq bir saniyədən də az oldu. Force İndia-nı Ferrari-dən! Bir həftə əvvəl bunu heç kəs təsəvvür edə bilməzdi…

Hindistan komandasının Belçikadakı fenomenini izah etmək çətindir. Komanda Valensiyada maşını tam təkmilləşdirmişdi və o zaman Cankarlonun dediyinə görə, yeniliklər liderlərdən geriqalmanı 0.6 saniyə azaltmağa imkan verəcək. Belçika üçün bütün rəqibləri kimi onlar antiqanadların uyğun konfiqurasiyasını hazırlamışdılar və maşın sərbəst yürüşlərin ilk saniyəsindən sürətli oldu. Buraya sürücünün texnikaya inamını, sıralanma turunda onun üçün əlverişli şəraiti – heç bir trafik, səhvsiz döngələr, ideal start mövqeyini və Cankarlonun bu trasa sevgisini də əlavə etmək olar. Həm də unutmayaq ki, Force İndia ilk pit-stopunu 14-cü dövrəyə kimi uzatdı.

Birincisi, bu çox gözlənilməz oldu, axı ilk pit-stop 12-ci dövrəyə planlaşdırılmışdı və daha çox yanacaqla starta çıxmış Kimi, Mark Uebber və Nik Haydfeld qrafikə uyğun olaraq 14-cü dövrədə pitə getdilər, deməli, Cankarlo yanacağa qənaət etmişdi? İkincisi, bu faktor finişdə ikinci olmaq üçün həlledici oldu – əgər italiyalı sürücü onunla eyni yanacaq ehtiyatına malik olan Robert Kubitsa ilə bir dövrədə pitə getsəydi, onda trasa Fernando Alonsonun arxasında qayıtmalı olacaqdı, ispan sürücü isə bir pit-stoplu strategiyası üzündən hər dövrədə bir snaiyə itirməklə trasla hərəkət edirdi. Bu senaridə Force İndia-nın finişdəki yeri naməlum qalır…

Yarışdan sonra Stefano Domenikalidən soruşdular ki, “Niyə Kimi boksa Cankarlodan iki dövrə sonra getmədi?” Ferrari-nin başçısı suala dəqiq cavab verməsə də, qeyd etdi ki, rəqiblərin yanacaq sərfini araşdırmaq lazımdır. Maraqlıdır ki, Cankarlodan başqa bütün sürücülərin yanacaq sərfi ağlabatan idi – Alonsonun bir dövrədə 3.05 kq göstəricisindən Rəykkönenin 3.13 kq göstəricisinə qədər, ona görə də orta hesabla proqnoz 3.15 kq-la hesablanmışdı. Amma poulun sahibi hər dövrəyə cəmi 2.69 kq yanacaq sərf etmişdi, bu isə yaxın rəqiblərindən 400 qram azdır. Aydın məsələdir ki, Təhlükəsizlik Maşını yarışa müdaxilə etmişdi, amma qısa müddət ərzində bu qədər qənaət etmək mümkün deyil, çünki 12 dövrədən sonra Force İndia-nın üstünlüyü artıq beş kiloqrama çevrilir. Bu isə çox böyük göstəricidir…

Sebastyan Fettelin liderlərlə mübarizəsi maraqlı ola bilərdi – əgər alman sürücü sıralanma turunda səhvə yol verməsə idi və startda bir qədər yüksəkdə olsa idi və ya startdan sonra ehtiyatlıq edib vacib mövqeləri itirməsə idi. Sebastyan birinci dövrəni səkkizinci yerdə başa vurdu, amma onun qarşısında Rubens və Yarno yox idi. Bundan sonra gənc sürücünün irəliləməsinə strategiyası və maşının sürəti kömək oldu – BMW Sauber sürücülərini növbə ilə daha gec pit-stopu sayəsində qabaqlayan Sebastyan yarışın sonuna yaxın sürətli dövrəyə də imza atdı və bu göstəricidə liderləri 0.4 saniyə qabaqladı…

Startda Fernando və Adrian Sutilin toqquşması isə azarkeşləri daha bir maraqlı senaridən mərhum etdi. İkiqat dünya çempionu bir pit-stoplu strategiyası sayəsində Fettellə podium uğrunda mübarizə apara bilərdi – ispan sürücü yarışın əvvəlində hər dövrədə bir saniyə itirsə də, toplanan vaxt ərzində rəqiblər daha bir dəfə pitə getməli idilər, nəticədə mübarizə gərgin və sıx ola bilərdi. Xoşbəxtlikdən, təkərin fiksatoru son üç yarışda ikinci dəfə komandaya mane oldu, hərçənd, bu dəfə mexaniklərin günahı yox idi…

İki həftə sonra bizi təqvimin ən sürətli yarışı gözləyir, keçən il bu trasda Sebastyan Fettel ilk qələbəsini qazanmışdı, bəs bu dəfə necə olacaq?..

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*