Ç.Puxolar: Sürücülərimiz bərabər gücdədirlər

Alfa Romeo komandasının yarış mühəndisi Çevi Puxolar bildirib ki, sürücülər bərabər şəraitdə yarışır.

F-1.az xatırladır ki, mövsümün ilk yarışı Bəhreyndə Bottas komandasına qızıl dəyərində 4 xal qazandırsa da, sonrakı iki yarışda zəif təsir bağışlayıb. Əvəzində Çjou Avstraliyada 9-cu olaraq, komandasına vacib 2 xal gətirib.

Çevi Puxolar: “Məncə, Çjou inkişaf edib və iki sürücümüz də bərabər gücdədir. Bu bizim üçün yaxşı haldır. Avstraliyadakı sıralanma turu ideal olmasa da, digər iki sıralanma turunda hər iki sürücümüz son sessiyaya yaxın idilər. Bu hal komandamız üçün çox yaxşıdır”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*