T.Yamaşina: “Komandanın büdcəsi bir neçə dəfə ixtisar olunub

Toyota komandası bir neçə il Formula1-in ən varlı komandası idi, adətən məsrəflərin nəticələrə nisbətinin ən pis komandası kimi onu həmişə […]

Toyota komandası bir neçə il Formula1-in ən varlı komandası idi, adətən məsrəflərin nəticələrə nisbətinin ən pis komandası kimi onu həmişə nümunə kimi göstərirdilər. Formula Money jurnalının məlumatına görə, hətta nisbətən uğurlu keçən ildə komandanın qazandığı bir xalın dəyəri 8 milyon dollar olub, amma Ferrari, McLaren və BMW-də bu göstərici 2.5-3 milyonu keçmir. Zaman dəyişir – Reuters agentliyinə müsahibəsində komandanın başçısı Tadaşi Yamaşina məsrəflərin olduqca azaldıldığını söyləyib…

Tadaşi Yamaşina: “Komandanın büdcəsi bir neşə dəfə ixtisar olunub. Honda Formula1-i tərk etməsini elan edəndə bizim büdcəni məhdudlaşdırdılar, bir neçə gündən sonra isə ilin yekunlarına görə gəlirə baxdıqdan sonra büdcəmiz bir daha azaldıldı. Mən bu ixtisarların miqyasını söyləyə bilməyəcəm, amma onu deyim ki, Formula1-də olduğum müddətdə belə halla üzləşməmişdim.

İlk qələbə və yaxşı nəticələr çox vacibdir, amma başqa faktorlar da var. Bu biznesdir, biz komandanı özümaliyyəşən etməliyik və gələn il büdcənin bir daha ixtisar olunmasına hazırlaşmalıyıq.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*